...

BU İL AZƏRBAYCANDA 25 YENİ MƏKTƏB TİKİLƏCƏK

Cəmiyyət Materials 1 İyul 2005 14:30 (UTC +04:00)

Bu il "Yeni məktəblərin tikintisi və fəaliyyətdə olan məktəblərin yenidən qurulması haqqında" dövlət proqramı çərçivəsində Azərbaycanda 25 yeni məktəbin və 37 məktəbdə 342 əlavə sinif otağının tikintisi planlaşdırılır. Trend agentliyi xəbər verir ki, iyulun 1-də keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov bu barədə bildirib.

Onun sözlərinə görə, beşillik proqram ölkədə 149 yeni məktəbin və 175 məktəbdə 1328 sinif otağının tikintisini nəzərdə tutur.Bununla yanaşı, yeni tədris ilinin əvvəlinədək Heydər Əliyev Fondu tərəfindən ucqar rayonlarda və ayrı-ayrı region kəndlərində 132 yeni məktəb tikiləcək.Son 3 ildə Azərbaycanda dövlət, bir sıra beynəlxalq təşkilatlar və ayrı-ayrı şəxslərin hesabına 151 məktəb tikilib.

Nazirin sözlərinə görə, cari ildə nazirlik tərəfindən 7 906 000 nümunə ilə 117 adda dərs vəsaiti dərc olunub.Nazir bəyan edib ki, I-XI sinif şagirdləri dərslikləri pulsuz alacaq.Dərsliklərin 50 %-dən çoxu artıq məktəblərə göndərilib.Dünya bankının krediti hesabına məktəblərin kitabxanaları üçün ensiklopediya lüğəti nəşr olunub və məktəblərə verilib.

Xəbər lenti

Xəbər lenti