...

"QAYA" FİRMASININ KÖŞKLƏRİNİN BƏRPA EDİLMƏSİ YUBADILIR

Cəmiyyət Materials 10 Avqust 2005 19:10 (UTC +04:00)

"Qaya" Mətbuat Yayımı Firmasının paytaxt ərazisində götürülmüş köşklərinin bərpa edilməsi yubadılır. Firmanın direktor müavini Asəf Daşdəmirov Trend ə bildirib ki, prezident İlham Əliyevin göstərişindən sonra kökşlərin yerlərinə qaytarılmasını gözləyirlər, lakin bu iş naməlum səbəblərdən gecikdirilir.

Onun sözlərinə görə, prezident kökşlərin bərpasına dair Hacıbala Abutalıbova göstəriş verdikdən sonra paytaxtın icra başçısı firma rəhbərinə rəsmi məktubla müraciət etməyi tövsiyə edib. Firma rəhbərliyi də köşklərin bərpası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib.

Bundan sonra "Qaya"nın ərizəsi Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə göndərilib: "Bakı Şəhər İcra Hakimiyyətindən bizə bildiriblər ki, müraciətimiz şəhərin baş memarına verilib, araşdırma aparılır. Lakin həmin idarənin işində operativlik yoxdur. İşin yubadılmasının səbəbləri bizə aydın deyil və bu məsələ bizdə narazılıq yaradıb" -deyə A.Daşdəmirov bildirib.

O, qeyd edib ki, "Qaya" firmasının Bakıda 9 köşkü götürülüb. Şəhərdə monitorinq apardıqlarını deyə firma nümayəndəsinin sözlərinə görə, götürülən köşklərin yeri hələ də boşdur: "Ona görə də köşklərin əvvəlki yerlərinə qaytarılmasında problem yoxdur. "Qaya" firması ən müasir, yüksək səviyyəli yeni kökşlər yerləşdirməyə hazırdır" -deyə firma nümayəndəsi əlavə edib.

Xəbər lenti

Xəbər lenti