...

TÜRK LİSEYLƏRİNİN MƏZUNLARI QƏBUL İMTAHANLARINDA ƏN YAXŞI NƏTİCƏ GÖSTƏRİBLƏR

Cəmiyyət Materials 17 Avqust 2005 14:02 (UTC +04:00)

Türkiyə İlahiyyat Fondu Bakı Türk liseyinin (Dəyanət Vəqfi) məzunları 2005-2006-cı dərs ili üçün ali məktəblərə qəbul imtahanlarında ən yaxşı nəticə göstəriblər. Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyində məlumat verilib.

Bu il 46 məzundan 43-ü Azərbaycan, Türkiyə və Rusiyanın müxtəlif ali məktəblərinə qəbul olublar. Bu liseyin ölkənin ali məktəblərinə qəbul olunan məzunlarından 10 nəfəri 650 bal, 19 nəfəri isə 600-dən çox bal toplayıb. Bu il 100 min abituriyent arasında ən yüksək balı (679) liseyin məzunu Orxan Salmanlı toplayıb.

Xatırladaq ki, lisey 1994-cü ildə Bakı Dövlət Universitetinin birgə təsisçiliyi ilə yaradılıb. 2001-ci ildə 18 məzundan 17-si, 2002-ci ildə 44 məzundan 43-ü, 2003-cü ildə 46 məzundan 44-ü, 2004-cü ildə 40 məzundan 39-u tələbə adını qazanmışdı. Qəbul imtahanlarında 650-dən çox bal toplayan 4 tələbəyə prezident təqaüdü kəsilib.

Xəbər lenti

Xəbər lenti