...

AZƏRBAYCANIN MƏDƏNİYYƏT NAZİRİ KAZANIN 1000 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİRLƏRDƏ İŞTİRAK EDİR

Cəmiyyət Materials 29 Avqust 2005 20:05 (UTC +04:00)

Azərbaycanın mədəniyyət naziri Polad Bülbül oğlu avqustun 29-30-da Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinin əsasının qoyulmasının 1000 illiyinə həsr olunmuş bayram tədbirlərdə iştirak edir.Bu barədə Trend agentliyinə AR mədəniyyət nazirliyində bildirilib.

P.Bülbül oğlu Kazana yalnız AR mədəniyyət naziri kimi yox, həm də türkdilli ölkələrin TÜRKSOY beynəlxalq təşkilatının baş direktoru olaraq gedib.Bununla bağlı olaraq P.Bülbül oğlu Kazanın yubiley tədbirlərinin Türkiyədə keçirilməsi də daxil olmaqla ikitərəfli və beynəlxalq mədəni əməkdaşlığın perspektivlərini müzakirə etməyi planlaşdırır.

Kazanın yubileyinin bayram edilməsi çərçivəsində oktyabrda Ankarada "Kazanın 1000 illiyi" foto sərgisinin açılışı planlaşdırılır.Bu tədbirdə həmçinin Polad Bülbül oğlu da iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti