...

İSTEFADA OLAN HƏRBÇİLƏR İTTİFAQININ TƏŞKİLAT KOMİTƏSİ YARADILIB

Cəmiyyət Materials 2 Sentyabr 2005 17:07 (UTC +04:00)

İstefada olan bir qrup hərbçi sentyabrın 2-də Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirərək Ehtiyatda və İstefada Olan Hərbçilər İttifaqının Təşkilat Komitəsi (EİOHİ TK) yaratdıqlarını elan ediblər. Bu barədə Trend agentliyinə EİOHİ TK-dən məlumat daxil olub.

Ehtiyatda olan polkovnik-leytenant Çingiz Əliyev mətbuat konfransında çıxış edərək hər bir Azərbaycan vətəndaşının lazım gəldikdə deyil, hər an döyüşə hazır olmasını bildirib. Ç.Əliyev daha sonra müharibə iştirakçılarının sosial problemlərindən danışaraq bu gün onların dövlət tərəfindən qayğıya ehtiyacı olduğunu qeyd edib.

O, belə problemlərin həllinə kömək üçün EİOHİ-nin yaradılmasının zəruriliyini vurğulayıb: "Təşkilat yalnız zabitlər üçün deyil, bütün hərbçilərin üzünə açıqdır".

Ehtiyatda olan digər polkovnik-leytenant Üzeyir Cəfərov isə bildirib ki, bu təşkilat torpaqların azad olunması, Qarabağ əlilləri və döyüşçülərinin layiqli qiymətlərini alması istiqamətində fəaliyyət göstərəcək.

Ehtiyatda olan baş leytenant Taleh Əliyev qısa zaman ərzində təşkilatın təsis konfransının keçiriləcəyini qeyd edərək təşkilatın müxtəlif sahələri üzrə fəaliyyət proqramlarının hazırlanacağını açıqlayıb.

Xəbər lenti

Xəbər lenti