...

MÜDAFİƏÇİ TƏRLAN ƏHMƏDOV AVSTRİYA İLƏ MATÇDAN ƏVVƏL YIĞMAYA ÇAĞIRILIB

Cəmiyyət Materials 6 Sentyabr 2005 13:47 (UTC +04:00)

Uzun müddət futbol üzrə Azərbaycan yığmsının oyunlarında iştirak etməyən müdafiəçi Tərlan Əhmədov komandaya qayıdır.

Trend in məlumatına görə, onun yığmaya çağırılmasına səbəb müdafiə xəttində ciddi problemlərin olmasıdır. Rəşad Sadıqovun oyunlarda iştirakdan məhrum edilməsi və Avtandil Hacıyevin zədələnməsi ilə əlaqədar, baş məşqçi Vaqif Sadıqov müdafiə xəttində hər şeyi yenidən təşkil etməlidir. Buna görə də Belfastda komandanın Şimali İrlandiya yığmasına məğlub olmasının səbəbinin məhz müdafiədə kobud səhvlərə yol verilməsi ilə bağlı olduğunu nəzərə alaraq, T.Əhmədovun yığmaya çağırılması arxa xətdə vəziyyəti bir qədər qaydaya salmalıdır.

Xəbər lenti

Xəbər lenti