...

AZƏRBAYCAN ŞAHMATÇILARI AVROPA ÇEMPİONATINDA İŞTİRAK EDƏCƏKLƏR

Cəmiyyət Materials 14 Sentyabr 2005 12:50 (UTC +04:00)

Sentyabrın 14-də Serbiya və Hersoqovinada 10,12,14,16 və 18 yaş kateqoriyaları üzrə şahmat üzrə Avropa çempionatı start götürüb. Trend in məlumatına görə, ölkəmizi ən kiçik yaş kateqoriyasında (U10) oğlanlar arasında Ülvi Bacarani, Nicat Abbasov, Sənan Rəhimli və Şücaftə Orucov, qızlar arasında isə Ülviyyə Fətəliyeva, Aydan Xocatova, Səbina İbrahimova və İzzət Rəhimli təmsil edəcək.

U12 kateqoriyasında medal uğrunda Samir Kərimov, Pərviz Məmmədli, Bəhruz Rzayev, Riyad Sarıyev və həmçinin Xəyalə Abdulova mübarizə aparacaq.

Yarışlarda U14 kateqoriyasında Vasif Durarbəyli, Ayaz Məmmədov, Sənan Quliyev və Zakir Tağızade, həmçinin Aysel Bəxtiyarlı, Xəyala Vəliyeva və Hökumə Zeynalova çıxış edəcək.

Azərbaycandan olan 16 yaşlı şahmatçılar arasında yeganə nümayəndə Şəhriyar Həsənov, qızların turnirində isə Aytən Həsənova və S. Hüseynova iştirak edəcəklər. Avropa çempionatının 18 yaşınadək olan şahmatçılar arasında hazırki yarışlarında bizim ən böyük ümid bəslədiyimiz və bu yaş qrupunun bütün iştirakçıları arasında ən yüksək reytinqə malik qrossmeyster Rauf Məmmədov çıxış edir.

Bu kateqoriyada Raufla birgə bizim digər hşəmvətənimiz Orxan Abdulov iştirak edir.

Bu yaş qrupunda qızların turnirində Fidan Ağasıyeva və Xəyalə İsgəndərova oynayır.

Xəbər lenti

Xəbər lenti