...

Azərbaycanın futbol yığması FİFA-nın reytinqində yüksəlib

Cəmiyyət Materials 23 Noyabr 2005 16:49 (UTC +04:00)

Azərbaycanın futbol yığması FİFA-nın növbəti reytinqində bir pillə də qalxaraq mövqeyini yaxşılaşdırıb.

Trend in xəbər verdiyi kimi, komanda 400 xalla 113-cü yerdədir. O, Türkmənistandan bir xal geri qalsa da, Yeni Zelandiya, Lixtenşteyn, Andorra, Farer, Liberiya və digər ölkələrdən olan rəqiblərindən irəlidədir. Digər aparıcı yığmalardan fərqli olaraq Azərbaycan futbolçuları yeni reytinq xalları toplamağa çalışmaq məqsədilə FİFA-nın yoldaşlıq matçları üçün onlara verdiyi fasilədən istifadə etməyib.

Reytinqdə 5 qat dünya çempionu olan Braziliya yığması liderlik edir. Çexiya ikinci, Hollandiya isə üçüncü yerdə qərarlaşıb. İlk onluqda Argentina, Fransa, İspaniya, Mesika, ABŞ, İngiltərə və Portuqaliya futbolçuları da yer alıb.

Xəbər lenti

Xəbər lenti