...

Azərbaycan Milli aerokosmik agentliyində "Əməyin təhlükəsizliyi" laboratoriyası yaradılıb

Cəmiyyət Materials 12 Dekabr 2005 19:00 (UTC +04:00)

AMEA-nın Milli aerokosmik agentliyində "Əmək təhlükəsizliyi" laboratoriyası yaradılıb. Bu barədə Trend ə AMEA yer elmləri sektorunda bildirilib.

"Kosmik elm və texnologiyanın tətbiqi ilə ətraf mühit və insan faktorunun tədqiqi" layihəsi çərçivəsində yaradılmış laboratoriya 8 ekoloji faktor - səs, titrətmə, işıqlandırma, havanın sanitar-gigiyenik göstəriciləri, ionlaşdırıcı şüalanma, ionlaşdırmayan şüalanma, infraqırmızı şüalanma və rütubətliliyin təyini üzrə ölçmələr aparacaq.

Həmin yerlərdə ziyanlı faktorların normadan artıq olduğu müəyyən edilərsə, müəssisə və ya təşkilatın rəhbəri işçilərin məruz qaldığı ziyanın əvəzini ödəməli olacaq. Xüsusilə işçilərin məvacibi maliyyə, əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin müvafiq qaydalarına uyğun olaraq artırılacaq.

Xəbər lenti

Xəbər lenti