...

"AzərReyl" Çempionlar Liqasının "V" qrupunda 3-cü yerə enib

Cəmiyyət Materials 15 Dekabr 2005 16:15 (UTC +04:00)

"AzərReyl" qadın voleybol klubu Çempionlar Liqasının "V" qrupunda 3-c2 yerə enib.

Trend in məlumatına görə, komandanın mövqelərinin pisləşməsinə səbəb İstanbulda "Günəş Vaqifbank"ın Zaqrebin "Mladost" komandası üzərində 3:0 hesabı ilə qələbəsi olub. Bu nəticələrin müqabilində türklər ikinci mövqedə yerləşərək Faiq Qarayevin yetirmələrini bir xal qabaqlayıblar. Eyni zamanda, qrupun lideri Perucidən olan "Pallavolo Sirio" öz meydançasında "Tenerif"i (3:0) məğlub edərək deymək olar ki, dörddə bir finalda öz yerini təmin edib.

Lakin Bakıda "Kalitsiya" üzərində qələbə qazanarsa, kollektivin ehtiyatda daha bir oyunu olduğunu nəzərə alsaq "AzərReyl" turnir cədvəlində yenidən ikinci yerə sahib ola bilər. Ona görə də mütəxəssislər Azərbaycan çempionunun şanslarını daha üstün qiymətləndirirlər.

Xəbər lenti

Xəbər lenti