...

Azərbaycanın təhsil naziri Böyük Britanyiaya səfər edəcək

Cəmiyyət Materials 23 Dekabr 2005 12:22 (UTC +04:00)

Azərbaycanın təhsil naziri Misir Mərdanov 2006-cı il yanvarın 9-11-də Böyük Britanyiada keçiriləcək Avropa ölkələrinin təhsil nazirlərinin görüşündə iştirak etmək üçün bu ölkəyə səfər edəcək. Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, Azərbaycan prezidentinin sərəncamı ilə Azərbaycanda ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təchizatı ilə bağlı Dövlət Proqramı həyata keçirilir. Sentəbrın əvvəlində Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərinin kompyuterləşdirilməsi proqramının reallaşdırılmasına başlanılıb. Bu proqram çərçivəsində Bakıda və Sumqayıtda 210 ümumtəhsil məktəbinin kompyuterləşdirilməsi nəzərdə tutulur. Proqram 3 illikdir.

Bu il Bakıda artıq hökumət proqramın birinci mərhələsinin reallaşdırılması üçün $4 mln vəsait ayırıb. Bu vəsaitin yarıdan çoxu informasiya texnologiyalarının və avadanlıqların alnımasına, digər hissəsi isə mütəxəssis pedaqoqların hazırlanmasına və səviyyəsinin yüksəlməsinə ayrılıb. Proqram çərçivəsində 100 nəfər müəllim treninqdən keçib, Onlara müvafiq sertifikatlar verilib və məktəblərə göndəriliblər.

Xəbər lenti

Xəbər lenti