...

Azərbaycan və yapon gimnastlarının birgə toplantısı başa çatıb

Cəmiyyət Materials 26 Dekabr 2005 15:33 (UTC +04:00)

Azərbaycan və Yaponiya gimnastlarının qrup tapşrıqları üzrə birgə təlim-məşq toplantıları başa çatıb. Azərbaycanın Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend ə verilən məlumata görə, gündoğar ölkəni Hyoqo prefekturasının qrup tapşırınqları üzrə komandası təmsil edirdi.

"Toplantının yekunlarından biz çox razı qaldıq". Bu barədə Tokioya yola düşməzdən əvvəl komandanın məşqçisi Keyko Yanane bildirib. "Bizim orijinal hazırlanmış tapşırıqlara malik kifayüət qədər cazibədar komandalarımız və güclü gimnastlarımız var. Biz Azərbaycanı seçməklə səhv etməmişik və belə ki, bu günlərdəki toplantılarda biz çox şey öyrənmişik".

Öz növbəsində, Azərbaycan kaomandasının məşqçisi Natalya Nərimanova da birgə təlimlərin bizim gimnastlarımızın xeyrinə olduğunu bildirib.

"Yapon gimnastlarının səviyyəsi həmişə yüksək olub. Bakıda keçirilən dünya çempionatında onlar 6-cı yeri tutub. Bizim onlardan öyrənməli olduğumu çox şey var. Xüsusilə də, idman ustalığının əldə olunmasının əsas amillərindən biri olan nizam-intizam mühüm yer tutur".

Qeyd edək ki, Yaponiya komandası gələcəkdə də Bakıya toplantıya gəlmək arzularını ifadə ediblər, eləcə də gələn il Azərbaycan gimnastlarını Hyoqoda birgə cavab təlimlər keçmək üçün dəvət ediblər.

Xəbər lenti

Xəbər lenti