...

"Quş qripi" Azərbaycanın turist operatorlarının biznesinin səmərəliliyini aşağı salmayıb

Cəmiyyət Materials 13 Yanvar 2006 13:06 (UTC +04:00)

"Quş qripi" Azərbaycanın turist operatorlarının biznesinin səmərəliliyini demək olar ki, aşağı salmayıb. Bu xəstəliyin Türkiyənin bir çox vilayətlərində, o cümlədən, kurort zonalarında yayılmasına baxmayaraq, Azərbaycan vətəndaşları bu ölkəyə turist səfərlərini davam etdirirlər. AtaTurizm turist agentliyinin Trend ə verdiyi məlumata görə, bu istiqamətdə səfərlərin azalmadığını söyləmək mümkündür.

Digər turist agentliyi Sky Life səfərlərin olan sorğuda hər hansı bir dəyişikliyin olması faktının olmaması faktını təsdiqləyir. "Bizim əsas müştərilərimizin biznesmenlərin olduğunu nəzərə alsaq, bu istiqamətdə şirkətin fəaliyyəti dəyişməyib", - deyə agentlikdən bildirilib.

Caspian Travel Agency agentliyinin xətti ilə də Türkiyəyə səfərlərdə heç bir dəyişiklik müşahidə olunmur. "Biletlərin əldə olunması əvvəlki rejimdə həyata keçirilir", - deyə şirkətdən bildirilir. Türkiyənin Freestyle Safari şirkətindən də analoji cavab alınıb.

Yalnız Azintourist şirkətinin direktoru Aydın Ağayevin Trend ə verdiyüi məlumata görə, Türkiyədə "quş qripi"nin yayılması şirkətin işinə əhəmiyyətli dərəcədə təsir göstərib. "Bizə bu ölkəyə səfərlə bağlı sorğular əhəmiyyətli dərəcədə azalıb. Hazırki anda azalmanın artımı 30-40% təşkil edir", -deyə şirkətin rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti