...

Ombudsman 20 yanvar faciəsinə beynəlxalq hüquqi qiymətin verilməməsi ilə bağlı bəyanat qəbul edib

Cəmiyyət Materials 18 Yanvar 2006 19:58 (UTC +04:00)

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilinin aparatında 20 Yanvar faciəsinin 16-cı ildönümü ilə bağlı toplantı keçirilib. Trend xəbər verir ki, toplantıda çıxış edən ombudsman Elmira Süleymanova faciənin bəşər tarixində dövlətin öz vətəndaşlarına qarşı törətdiyi Ən qatı cinayətlərdən biri olduğunu qeyd edib.

Ombudsman 20 Yanvar 1990-cı il tarixdə dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı insanlıq əleyhinə törədilmiş əməl nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, habelə insan hüquqlarına dair digər beynəlxalq hüquqi sənədlərin müddəalarının kobud şəkildə pozulduğunu, kütləvi insan hüquqlarının pozulması ilə nəticələnmiş faciəyə bu günə kimi beynəlxalq hüquqi qiymət verilmədiyini bəyan edib.

Toplantıda ombudsmanın BMT-nin baş katibi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, Avropa Şurası, ATƏT, beynəlxalq və Avropa Ombudsmanlar İnstitutu, Asiya Ombudsmanlar Assosiasiyası və bu qurumlara üzv olan ombudsmanlara sözügedən faciəyə beynəlxalq hüquqi qiymətin verilməsi ilə bağlı bəyanatı səsləndirilib.

Xəbər lenti

Xəbər lenti