...

Qəzetlərin nəşriyyata olan borcu ilə əlaqədar Əflatun Amaşov Prezident Aparatı rəsmisi ilə görüşəcək

Cəmiyyət Materials 19 Yanvar 2006 17:45 (UTC +04:00)

Bir sıra qəzetlərin "Azərbaycan" Nəşriyyatına olan borcu ilə bağlı yaranmış problemin aradan qaldırılması məqsədilə yaxın günlərdə Mətbuat Şurasının sədri Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla görüşəcək. Bu barədə Trend ə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

O, bildirib ki, görüşdə qəzetlərin bir neçə ildən bəri nəşriyyata yığılıb qalmış borcunun dondurulması, yaxud digər çözüm yollarının axtarılması məsələsi müzakirə olunacaq. Prezident Aparatının nümayəndəsi ilə görüşdə "Azərbaycan" Nəşriyyatının rəhbəri də iştirak edəcək.

Ə.Amaşov qeyd edib ki, dövri nəşrlərin "Azərbacyan" Nəşriyyatına olan borcu ilə bağlı probleminin aradan qaldırılması işinə Mətbuat Şurası ilə Prezilent Aparatı da qoşulub.

Xəbər lenti

Xəbər lenti