...

Yaxın günlərdə əfv fərmanının imzalanacağı gözlənilir

Cəmiyyət Materials 19 Yanvar 2006 18:03 (UTC +04:00)

Yaxın günlərdə əfv fərmanının imzalanacağı gözlənilir. Bu barədə Trend ə əfv komissiyasının üzvü, millət vəkili Azay Quliyev məlumat verib.

A.Quliyevin sözlərinə görə, komissiya tərəfindən 500-dək ərizəyə baxılıb və artıq konkret siyahı hazırlanaraq ölkə başçısına təqdim olunub.

Lakin komissiya üzvləri tərəfindən tərtib olunmuş siyahıya sözügedən 500 ərizə müəllifinin heç də hamısı daxil edilməyib. Belə ki, siyahıya daxil olan dustaqların sayı təqribən 100 nəfərdən bir qədər artıqdır.

Millət vəkili bunu onunla əlaqələndirib ki, əfv olunmaq istəyənlərin əksəriyyəti ağır cinayət törətdiyinə görə məhkum olunmuş şəxslərdir və komissiya onların ərizəsini müsbət cavablandırmayıb.

Bu dəfəki siyahıda Avropa Şurasının siyasi məhbus adlandırdığı məhbusların sayı azdır. Bu, AŞ-nin siyasi məhbus kimi qəbul etdiyi məhbusların əksəriyyətinin ötən müddət ərzində hissə-hissə əfv olunaraq azadlığa çıxması ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti