...

Fuad Əsədov: "Ermənistan yığmasının Bakıya gəlməsi variantı ciddi deyil"

Cəmiyyət Materials 2 Fevral 2006 14:46 (UTC +04:00)

"Ermənistan yığmasının Avro -2008 seçmə matçı çərçivəsində Bakıya gəlişi variantı ciddi qəbul edilə bilməz".Bu barədə Trend ə AFFA-nın Baş katibi Fuad Əsədov özünün erməni həmkarı Armen Minasyanın bu ölkənin komandasının Azərbaycana getməyə hazır olduğu barədə bəyanatına cavab olaraq bildirib.

F.Əsədov qeyd edib ki, Assosiasiyanın İcraiyyə Komitəsi görüşün neftral meydanda keçirilməsi barədə qərarı məqsədəuyğun hesab edir. "Bu məsələdə yalnız erməni tərəfi ilə konsensusa getmək qalır. Lakin Federasiyanın (FFA) nümayəndələri ilə əlaqə yaratmaq hələ ki, alınmır", - deyə Baş katib bildirib.

Həmçinin, F.Əsədov FFA nümayəndələrinin Azərbaycan komandasının Yerevana səfər edəcəyi zaman onların təhlükəsizliyinə zəmanət veriləcəyi barədə sözlərə də şübhə ilə yanaşıb.

Xəbər lenti

Xəbər lenti