...

"İnter" Anatoli Ponomaryovu transferə çıxarır

Cəmiyyət Materials 3 Fevral 2006 13:47 (UTC +04:00)

"İnter" İsveçin "Kalmar" klubunda oynayan yarımmüdafiəçi Anatoli Ponomaryovu transferə çıxarmaq niyyətindədir.

Komandanın mətbuat xidmətindən verilən məlumata görə, futbolçu özünü milli çempionatın liderlərindən biri kimi göstərə bilməyib və məşqçilər qərargahı onun xidmətlərindən imtina etməyi qərara alıb. "Kalmar" oyunçunu öz sıralarına qaytarmaq istəsə də transferə görə ödəmək niyyətində deyil. "Skandinavların mövqeyini başa düşmək olar. Çünki yayda Anatolinin "İnter"lə müqavilə müddəti bitir və yeni klublar futbolçunu pulsuz ala bilər. Biz istənilən halda bu məsələni həll edəcəyik", - deyə komandanın mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, A.Ponomaryov "Kalmar"a İçveç çempionatının bürünc medalını qazanmaqda kömək edib.

Xəbər lenti

Xəbər lenti