...

Azərbaycan futbolunun veteranı Vidadi Rzayev karyerasını başa vurub

Cəmiyyət Materials 10 Fevral 2006 14:39 (UTC +04:00)

Azərbaycan futbolunun veteranı Vidadi Rzayev öz oyunçu karyerasını başa vurmağı qərara alıb.

Trend bildirir ki, milli çempionatın ilk dövrəsini "Olimpik"in tərkibində keçirmiş yarımmüdafiəçi bundan sonra öz karyerasını məşqçi olaraq davam etdirmək niyyətindədir. Hazırda V.Rzayev futboldan kənarda istirahət etməyi qərara alıb, sonra isə özünü yeni ampulada sınaya bilər. Baxmayaraq ki, bu yaxınlarda onun öz karyerasının ən parlaq illərini keçirdiyi "Gəncə"yə mümkün keçidi müzakirə olunub, amma futbolçu qərara alıb ki, daha bəsdir.

Qeyd etmək lazımdır ki, V.Rzayev dəfələrlə ölkə çempionatını "Neftçi" və "Kəpəz"in tərkibində oynayıb. Onun ən parlaq oyunu isə Avropa -96 çempionatının seçmə turniri çərçivəsində İsveçrənin qapısından keçirdiyi qələbə qolu olub.

Xəbər lenti

Xəbər lenti