...

Ukrayna Futbol Federasiyasının prezidenti Bakıya gələcək

Cəmiyyət Materials 16 Fevral 2006 16:35 (UTC +04:00)

Ukrayna Futbol Federasiyasının (UFF) prezidenti Qriqori Surkis fevralın 28-də T.Bəhramov adına Respublika stadionunda Ukrayna komandasının Azərbaycana qarşı yoldaşlıq matçını izləmək üçün Bakıya gələcək.

AFFA-dan Trend ə verilən məlumata görə, UFF rəhbəri Assosiasiya rəhbərliyi ilə görüşəcək və həmkarları ilə müxtəlif məsələləri müzakirə edəcək. Qeyd edək ki, Şahin Diniyevin yetirmələri Avropa-2008 çempionatının seçmə turniri ərəfəsində yoxlama görüşü keçirmək üçün avqustun 16-da Kiyevə yola düşəcək.

Bundan başqa, Ukraynanın aparıcı mətbu orqanlarını təmsil edən çoxlu sayda jurnalistlərin Bakıya gəlişi gözlənilir.

Xəbər lenti

Xəbər lenti