...

Ağacan Əbiyev: Olimpiya oyunlarının proqramından boksun çıxarılması üçün heç bir əsas yoxdur

Cəmiyyət Materials 18 Fevral 2006 13:06 (UTC +04:00)

Boksda hakimliyə dəyişiklik edilməsi məsələsi fevralın 23-də Beynəlxalq həvəskar boks Assosiasiyasının (AIBA) rəhbəri Ənvər Çoudri və BOK prezidenti Jak Roqqun görüşündə müzakirə ediləcək.

Milli Federasiyanın rəhbəri, AIBA Hakimlər Komitəsinin sədr müavini Ağacan Əbiyev Trend ə bildirib ki, referi işində yeni qaydalar üzrə AIBA-nın ona həvalə etdiyi tapşırıq tamamilə yerinə yetirilib. "BOK deyir ki, boks Olimpiya oyunlarının proqramından çıxarıla bilər, amma bunun üçün heç bir əsas yoxdur. Üstəlik AIBA son illər ərzində hakimlik sistemini daha da obyektiv etməyə çalışaraq sistemdə mühüm dəyişikliklər edib" -deyə A.Əbiyev vurğulayıb.

Xatırladaq ki, yeni qaydalara əsasən, oyunlarda referini kompyuter seçir, tamaşaçılar isə döyüşün dəyişən hesabını xüsusi lövhədə görə bilər.

Xəbər lenti

Xəbər lenti