...

2006-cı ildə "Məktəblərin informasiya və kommunikasiya texnologiyaları ilə təmin olunması" proqramının həyata keçirilməsi məqsədilə $13 mln ayrılacaq

Cəmiyyət Materials 24 Fevral 2006 16:41 (UTC +04:00)

2006-cı ildə "Məktəblərin informasiya və kommunikasiya texnologiyaları ilə təmin olunması" proqramının həyata keçirilməsi məqsədilə $13 mln ayrılacaq. Bu barədə Trend ə Təhsil nazirliyindən məlumat verilib.

2005-ci ildə təxminən bu qədər vəsait üçillik proqramın gerçəkləşdirilməsi üçün ayrılmışdı. Proqramın ümumi büdcəsi 150 mlrd manatdır və 4135 məkitəbi əhatə edir. Proqramın həyata keçirilməsi nəticəsində məktəblərdə şagird və kompüterlərin nisbəti 33/1-ə bərabər olmalıdır. İnternetə qoşulan məktəblərin sayı isə 100% təşkil etməlidir.

Nazirlikdən o da bildirilib ki, 2007-ci ildə proqramın həyata keçirilməsi üçün dövlət tərəfindən daha $13 mln ayrılacaq.

Xəbər lenti

Xəbər lenti