...

"Qala" "Challenge Cup" oyunlarının liderləri ilə bir qrupda çıxış edib

Cəmiyyət Materials 25 Fevral 2006 12:55 (UTC +04:00)

"Challenge Cup" oyunlarının ilkin mərhələsində öz çıxışını başa çatdırmış "Qala" basketbol klubu turnirin çox güclü komandaları ilə bir qrupda oynayıb. Milli basketbol Federasiyasının mətbuat katibi Ramin Kəsəmənski Trend ə bildirib ki, ilk mərhələdə Azərbaycan çempionu ilə oynamış Yujnının "Ximik" və Qazanın "Ural-Qreyt" klubları yarışın finalına düşməyə daha yaxındır. Xüsusilə, ukraynalılar öz meydançasında ilk yarımfinal oyununda Finlandiyanın "Lapentranta" (88:61) klubuna qalib gəlib, rusiyalılar isə Yunanıstanda "Olimpiya" üzərində - 81:71 hesabı ilə qələbə qazanıb. "Bu nəticələr "Qala"nın həqiqətən ən güclü qrupda oynamasından xəbər verir. Üstəlik, qrup mərhələsində biz öz meydançamızda "Ximik"ə qalib gəlmişik və bu, pis nəticə deyil" - R.Kəsəmənski qeyd edib.

Xəbər lenti

Xəbər lenti