...

Azərbaycanın Səhiyyə Nazirliyi "quş qripi"ilə mübarizə çərçivəsində bütün zəruri işləri həyata keçirir

Cəmiyyət Materials 1 Mart 2006 16:38 (UTC +04:00)

Azərbaycanın Səhiyyə Nazirliyi ölkədə "quş qripi"nin yayılmasının qarşısının alınması üçün zəruri olan bütün işləri həyata keçirir. Trend in məlumatına görə, bu barədə Taun Əleyhinə Stansiyanın (SN-nin tərkibinə daxildir) nümayəndəsi Faiq Məmmədov bildirib.

Yanvar ayında SN-nin iki əmri dərc olunub. Yanvarın əvvəlində və artıq ölkədə virusun aşkar olunmasından sonra profilaktika işlərinin gücləndirilməsi tədbirləri ilə bağlı ikinci əmr verilib.

"Hazırda Nazirliyin əməkdaşları ölkənin regionlarında monitorinqlər aparırlar, qaynar xəttlər yaradılıb. Mərkəzi rayon xəstəxanalarında xüsusi həkim briqadaları yaradılıb", - deyə F.Məmmədov bildirib.

Səhiyə Nazirliyi tərəfindən böyük həcmdə Bromosept dezinfeksiyaedici vasitə (konsentrat), 550 dəstə Tamiflyu (virusların yaratdığı qrip, infeksion xəstəliklərin müalicəsi üçün dərman) alınıb. "Belə həcmdə preparatların alınması 550 nəfərin müalicə olunmasına imkan verir", - deyə sonda Nazirliyin nümayəndəsi bildirib.

F.Məmmədov qeyd edib ki, 80 S temperaturunda bir neçə dəqiqə ərzində virus məhv olur və indiyə kimi virusunu adamdan adama keçməsi faktı qeydə alınmayıb.

"Lakin unutmaq olmaz ki, virus mutasiya prosesindən keçir və bu da gələcəkdə virusun adamlar arasında yayılması imkanlarını istisna etmir", - deyə F.Məmmədov izah edib.

Xəbər lenti

Xəbər lenti