...

Azərbaycanda martın 11-də "quş qripi" virusuna yoluxan olmayıb

Cəmiyyət Materials 11 Mart 2006 13:32 (UTC +04:00)

Mart ayının 11- nə olan vəziyyət üzrə Azərbaycanda "quş qripi" virusuna şübhəli yeni xəstələr qeydə alınmayıb. Bu barədə Trend ə Səhiyyə nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, ağ ciyər xəstəlikləri üzrə ETİ-yə vətəndaşların müayinə ilə bağlı müraciətləri daxil olur.

S.Məmmədova qeyd edib ki, hazırda həkimlərin diqqəti ötən həftə 7 saylı şəhər xəstəxanasına yerləşdirilmiş Salyan rayonunun 2 yaşlı sakini İbrahimova Şahsənəmə yönəldilib.

"O, xəstəxanaya ağciyər sətəlcəmi diaqnozu ilə qəbul olunub və hazırda vəziyyəti həkimlər tərəfindən orta ağır qiymətləndirilir. Həkimlər müvafiq müalicə aparır", - deyə o vurğulayıb.

Qeyd edək ki, Salyan rayonunun Dayıkənd kəndinin sakini 16 yaşlı Şəhriyar Əsgərov ağciyər xəstəlikləri üzrə ETİ-də müalicə olunmasına baxmayaraq, martın 10-da ikitərəfli sətəlcəm və ağciyər çatışmazlığından vəfat edib. Onun son diaqnozu London laboratoriyalarında analizlərin nəticələrinə görə müəyyən ediləcək.

Xəbər lenti

Xəbər lenti