...

Abel Məhərrəmov: "Təhsil haqqında" qanun Milli Məclisin yaz sessiyasında qəbul olunacaq

Cəmiyyət Materials 16 Mart 2006 17:49 (UTC +04:00)

"Təhsil haqqında" qanunun bu il Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılması və qəbul olunması gözlənilir. Bu barədə Trend ə Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov məlumat verib.

O bildirib ki, parlamentin elm və təhsil komissiyasında bu qanun üzərində ciddi iş gedir, müzakirələr aparılır. Həmçinin Təhsil Nazirliyi, universitetlər bu məsələnin mümkün qədər tez həllinə nail olunması üçün səy göstərirlər. Elm və təhsil komissiyasının üzvü Abel Məhərrəmovun fikrincə, "Təhsil haqqında" qanunun tez qəbul edilməsi üçün tələsik qərarlar qəbul edilməsi lazım deyil: "Çünki təhsil sahəsində bizi narahat edən problemlər çoxdur. Ola bilər ki, cəmiyyətdə bir çoxları bu qanunun emprik bir qanun kimi qəbul olunmasını istəyir və gələcəkdə fəaliyyət üçün necə şərait yaradacığını düşünmürlər. Amma Azərbaycanın inkişafı sürətləndikcə o, dünyaya daha geniş şəkildə inteqrasiya edir və ona görə də hər bir qanunun qəbulunda bu prinsiplər nəzərə alınmalıdır. "Təhsil haqqında" qanun da müasir beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Amma biz çalışacağıq ki, parlamentin indiki sessiyasında qanunu qəbul edək"-deyə millət vəkili qeyd edib.

Xəbər lenti

Xəbər lenti