...

Azərbaycanın təhsil naziri buraxılış imtahanlarının keçirilməsi ilə bağlı əmr imzalayıb

Cəmiyyət Materials 28 Mart 2006 17:12 (UTC +04:00)

Azərbaycanın təhsil naziri Misir Mərdanov " 2005-2006-cı tədris ilində ölkənin ümumtəhsil məktəblərində buraxılış imtahanlarının keçirilməsi haqqında" əmr imzalayıb. Bu barədə Trend ə nazirlikdən məlumat verilib.

Əmrdə deyilir ki, sinifdən-sinfə keçirilməklə bağlı mövcud təlimatlar qüvvədə qalır. Əmrdə IX siniflərdə ana dili və cəbr fənləri üzrə yazılı, Azərbaycan tarixi və fizika üzrə şifahi imtahanların, XI və XII siniflərdə isə 7 fənn üzrə (4 yazılı, 3 şifahi) imtahanların keçirilməsi nəzərdə tutulur.

Əmrə əsasən, IX siniflərdə yazılı imtahanlar iyunun 3-16-da, XI -XII-ci siniflərdə isə iyunun 6-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti