"Bakı" futbol klubunun baş məşqçisi Əsgər Abdullayev klubla "Göyəzən" arasında heç-heçə başa çatmış oyundan sonra istefa verib və bu vəzifədə onu Böyükağa Hacıyev əvəz edib.
Trend in xəbər verdiyi kimi, əvvəllər klubun məsləhətçisi vəzifəsində çalışan yeni məşqçi yetirmələri ilə milli birincilikdə qızıl medallar qazanmağa çalışacaq. Ancaq bu, o qədər də asan olmayacaq. Belə ki, kollektiv liderliyi əlində saxlayan "Neftçi"dən 5 xal geridə qalır. Yeri gəlmişkən, əvvəllər "Araz", o cümlədən İranın "Maşınsazi" klublarına rəhbərlik etmiş B.Hacıyev məşqçi kimi kifayət qədər təcrübəyə malikdir.
B.Hacıyevin ölkə kuboku oyunlarını tərk etmiş "Bakı" klubuna mövsümün sonunadək rəhbərlik edəcəyi gözlənilir.