...

QHT-lər Daxili İşlər Nazirliyinə insan alverinə qarşı birgə mübarizə aparmağı təklif edib

Cəmiyyət Materials 30 Mart 2006 13:11 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Daxili İşlər Nazirliyinə insan alverinə qarşı birgə mübarizə aparmağı təklif ediblər. Trend xəbər verir ki, bu təklif martın 30-da Beynəlxalq Mətbuat Mərkəzində İnsan Alveri Qurbanları üçün tibbi, psixoloji və sosial Reablitasiya Mərkəzinin təsis edilməsi ilə bağlı keçirilmiş dəyirmi masada səsləndirilib.

Bu təkliflər əhali arasnıda sorğular keçirməkdən, risk qruplarının müəyyənləşdirilməsində, insan alverinin potensial qurbanları arasında maarifləndirmə işlərinin aparılmasında, qurbanlar üçün xüsusi müəssisələrin təşkilində, qurbanların sosial reabilitasiya proseslərində, onlara hüquqi və tibbi yardımlar göstərilməsində iştirak etməkdən ibarətdir.

10-a yaxın qeyri-hökumət təşkilatının, o cümlədən ATƏT-in Bakı ofisi və ABŞ səfirliyi nümayəndələrinin iştirak etdiyi tədbirdə qeyd olunub ki, QHT-lərin insan alverinə qarşı mübarizədə güc strukturları ilə birgə fəaliyyət göstərməsi bu tip cinayətlərin qarşısının alınmasında böyük rol oynaya bilər.

Bu təkliflər "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası qanununun 10-cu, eləcə də Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət planının 3-cü bəndinə uyğun olaraq dövlət və qeydi-dövlət sektorlarının qarşılıqlı əməkdaşlığı çərçivəsində hazırlanıb.

Xəbər lenti

Xəbər lenti