Azərbaycan Voleybol Federasiyası Qubada çimərlik voleybolunun inkişafı üçün baza yaratmağı planlaşdırır.
Milli Federasiyanın baş katibi Elşən İsmayılovun Trend ə verdiyi məlumata görə, təşkilat Quba Olimpiya Kompleksinin rəhbərliyi ilə çimərlik voleybolunun inkişafı üçün rayonda şəraitin yaradılması imkanları ilə bağlı danışıqlara başlamağı planlaşdırır. "Kompleksin yanındakı mini futbol meydançasını çimərlik voleybol meydançasına çevirmək olar. Burada həm də tribuna var. Bundan başqa, azərbaycanlı voleybolçular proqramın bu növü üzrə Olimpiadaya vəsiqə uğrunda mübarizə apara bilər", - deyə E.İsmayılov qeyd edib.
O vurğulayıb ki, çimərlik voleybolu üzrə yarışların yalnız yayda keçirilməsi Federasiyanı artıq qane etmir.