...

Hüseyn Bağırov: Niderlandın AA Services şirkəti $200 min məbləğində cərimə olunub

Cəmiyyət Materials 7 Aprel 2006 16:08 (UTC +04:00)

Niderlandın BP Azerbaijan şirkətinin sifarişi əsasında tullantıların istifadəsi ilə məşğul olan AA Services şirkəti $200 min məbləğində cərimə olunub. Şirkət bu məbləği ödəyib. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov məlumat verib.

Nazirin sözlərinə görə, AA Services şirkəti işlənmiş suyun təkrar istifadəsi ilə məşğul olub. Şirkət suyu BP-dən götürür və kiçik məbləğlə "Bakkanalizasiya"ya verirdi. Bu qurum suyu Bakının kanalizasiya sisteminə tökür, su isə buradan Xəzər dənizinə axırdı.

H.Bağırovun sözlərinə görə, Xəzər dənizi həm də Bakı şəhərində sənaye müəssisələrinin çirkab suları ilə də çirklənir. Bundan başqa, Xəzər dənizinin çirklənməsi Gürcüstan və Ermənistan tərəfindən çirkab sularının axıdıldığı Kür çayı vasitəsilə də baş verir.

Xəbər lenti

Xəbər lenti