...

Azərbaycan ombudsmanı qarşıdakı təkrar seçkilərlə əlaqədar Ağdamda seminar keçirib

Cəmiyyət Materials 12 Aprel 2006 20:14 (UTC +04:00)

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Ağdam rayonunun Quzanlı kəndində ölkədə qarşıdakı parlament seçkiləri ilə əlaqədar seminar keçirib. Ombudsman Aparatından Trend ə verilən məlumata görə, bu regiona səfər çərçivəsində insan hüquqları müvəkkili kəndin əhalisi arasında izahat işi aparıb, onları malik olduqları hüquqları və seçkilərə hazırlıqla bağlı vəziyyətlə ilə tanış edib.

Səfər çərçivəsində ombudsman bu rayonun sakinləri və rəhbərləri ilə görüşlər keçirib, yerlərdə vətəndaşları qəbul edib. Görüşlərdə ombudsman seçkilərin şəffaf və demokratik keçirilməsinin zəruriliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti