...

Ədliyyə nazirinin iştirakı ilə Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində geniş müşavirə keçirilib

Cəmiyyət Materials 13 Aprel 2006 18:27 (UTC +04:00)

Aprelin 13-də ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində geniş müşavirə keçirilib. Trend in xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov qeyd edib ki, son illər Baş İdarənin fəaliyyətində aşkar edilmiş kobud qanun przuntularının, sui-istifadə hallarının aradan qaldırılması üçün təsirli tədbirlər görülüb. Tələbkarlıq və nəzarət gücləndirilib, cəzaların icrasına nəzarət üzrə müfəttişlik fəaliyyətə başlayıb, 200-dən çox əməkdaş cəzalandırılıb, 60 vəzifəli şəxs işdən azad olunub, vəzifə səlahiyyətləri ilə bağlı cinayət törətmiş şəxslər məsuliyyətə alınıb.

Nazir həmçinin qeyd edib ki, məhkumların saxlanma şəraiti, ərzaq və digər təminatları, onlara göstərilən tibb-sanitariya xidmətləri yaxşılaşdırılıb, nizam-intizam gücləndirilib, bütün müəssisələrdə abadlaşdırma və təmir-tikinti işləri aparılıb.

Qeyd olunub ki, penitensiar sistemin fəaliyyətində şəffaflıq və aşkarlıq təmin edilib, hüquq müdafiəçiləri v QHT nümayəndələri ilə mütəmadi görüşlər keçirilib, onların cəzaların icrası yerlərinə maneəsiz baş çəkməsi və monitorinqlər aparması təmin olunub.

Bununla yanaşı nazir bir sıra nöqsanların hələ də mövcud olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. Bununla əlaqədar o, cavabdeh şəxslərə ciddi xəbərdarlıq etməklə yanaşı onlardan öz fəaliyyətlərində qısa müddətdə dönüş yaratmalarını tələb edib.

Xəbər lenti

Xəbər lenti