...

Ədliyyə Nazirliyi beynəlxalq əlaqələr şöbəsinin rəisi Moskvada işgüzar səfərdə olub

Cəmiyyət Materials 14 Aprel 2006 19:27 (UTC +04:00)

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi beynəlxalq əlaqələr şöbəsinin rəisi Zavər Qafarlı Moskvada işgüzar səfərdədir. Bu barədə Trend ə Zavər Qafarlı məlumat verib.

Z.Qafarlı bildirib ki, aprelin 12-də başlamış MDB ədliyyə nazirləri şurasının ilk iclasında iştirak edib. İclasın gündəliyində MDB ölkələrində cinayət qanunvericiliyinin uyğunlaşdırılması ilə bağlı məsələlər olub. İclasda həmçinin qarşılıqlı münasibətlərin hüquqi cəhətdən tənzimlənməsi, təhsil və ailə qanunvericiliyi sahəsində təcrübə mübadiləsi ilə bağlı da fikir mübadiləsi aparılıb.

Z.Qafarov onu da bildirib ki, Azərbaycanla Rusiya Federasiyası arasında hüquqi sahədə qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir. Hazırda Rusiya ərazisində məhkum olunan 50-dən artıq azərbaycanlının cəzasını vətəndaşı olduğu ölkədə çəkməsi üçün Azərbaycana verilməsi ilə bağlı Rusiyaya müraciət olunub.

İdarə rəisinin sözlərinə görə, iclas aprelin 14-də günün ikinci yarısı işini yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti