...

Atatürk Mərkəzində "Nəşriyyat işində əqli mülkiyyətin qorunması" mövzusunda dəyrimi masa keçiriləcək

Cəmiyyət Materials 24 Aprel 2006 12:31 (UTC +04:00)

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü (aprelin 23) və Beynəlxalq Əqli Mülkiyyət Günü ilə bağlı aprelin 26-da Atatürk Mərkəzində dəyirmi masa keçiriləcək. Trend xəbər verir ki, tədbir Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyası və Müəllif Hüquqları Agentliyi, Yazıçalır Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən təşkil edilib.

Dəyirmi masanın mövzusu "Nəşriyyat işində əqli mülkiyyətin qorunması" olacaq.

Dəyirmi masada parlamentin mədəniyyət məsələlri daimi komissiyasının üzvləri, Müəllif Hüquqları Agentliyinin, Yazıçılar Birliyinin, Yeni Yazarlar və Sənətçilir Qurumunun nümayəndələri iştirak edəcəklər. Dəyirmi masada çıxışlar ediləcək və diskussiyalar aparılacaq.

Xəbər lenti

Xəbər lenti