...

Almaniyada yaşayan yəhudilər də qondarma erməni soyqırımına etiraz edirlər

Cəmiyyət Materials 24 Aprel 2006 12:34 (UTC +04:00)

Azərbaycan Yolu Siyasi Hərəkatı aprelin 23-də Almaniyanın Uyun şəhərində türk icmaları ilə birlikdə qondarma erməni soyqırımına etiraz olraq aksiya keçirib. Bu barədə Trend ə adıçəkilən hərəkatın xarici əlaqələr üzrə koordinatoru Əsli Xəlilqızı bildirib.

Ə.Xəlilqızı bildirib ki, aksiyaya Türk Ülküçü Ocağı və Almaniyada fəaliyyət göstərən digər türk icmaları dəstək olublar. Ə.Xəlilqızı onu da bildirib ki, qondarma erməni soyqırımına etiraz olaraq növbəti aksiya mayın 2-də Kanadanın Feyrbax şəhərində, daha sonra İzmir, Stokholm və Oslo şəhərlərində keçiriləcək.

Azərbaycan Yolu Siyasi Hərəkatın Almaniyadakı təmsilçisi Güldanə Rzayevanın verdiyi məlumata istinadən Ə.Xəlilqızı daha sonra bildirib: "Bu gün yenə də Almaniyanın Uyun şəhərində hərəkatımız tərəfindən aksiya təşkil olunacaq. Bu aksiyada alman icmaları ilə yanaşı yəhudi icmaları da bizə dəstək olacaqlar".

Ə.Xəlilqızı onu da bildirib ki, yəhudi icmalarının qondarma erməni soyqırımına etirazla bağlı türklərin keçirdikləri aksiyaya dəstək vermələri səbəbsiz deyil: "Biz yəhudi icmalarına ermənilərin 1918-ci ildə Qubada 3 min yəhudinin qətlə yetirilməsi ilə bağlı məlumat vermişik. Almaniyadakı təmsilçimizə öldürülən 87 yəhudinin siyahısını göndərmişik ki, sənədi yəhudilərlə tanış etsin. Onlar da erməni vəhşiliklərinə etiraz ediblər".

Qeyd edək ki, Azərbaycan Yolu Siyasi Hərəkatı bu tədbirləri "Qarabağ" Ümumdünya aksiyaları çərçivəsində həyata keçirir.

Xəbər lenti

Xəbər lenti