Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biri olan "Orta Doğu" futbol komandalarının çempionatında azərbaycanlı tələbələrdən ibarət yığma komanda RF yığması üzərində 3:1 hesabala qələbədən, "Qərbi Trakiya" yığması ilə heç-heçə və İran üzərində 5:4 hesabla qələbədən sonra yarımqrupda 1-ci yeri tutub.
Trend in Türkiyədəki müxbirinin xəbər verdiyi kimi, Ankarada keçirilən çempionatda dünyanın 17 ölkəsindən olan tələbələrdən ibarət komandalar iştirak edir.
2005-ci ildə Azərbaycanın tələbələrdən ibarət futbol yığması artıq yuxarıda adı çəkilmiş müəssisənin tələbə komandaları arasında çempion olub.