...

Azərbaycan karateçiləri dünya çempionatında uğurla çıxış ediblər

Cəmiyyət Materials 24 Aprel 2006 18:50 (UTC +04:00)

Aşihara karate üzrə Azərbaycan yığması Danimarkada başa çatan dünya çempionatında bir qızıl, bir gümüş 3 bürünc medala layiq görülüblər.

Trend in verdiyi məlumata görə, krmandanın tərkibində ən yüksək mükafatı yarışın gedişində bütün rəqiblərinə qalib gələn Ramin Əvəzzadə (60 kq) nümayiş etdirib. Finala öz çəki dərəcəsinə görə Namiq Məmmədzadə çıxıb. Bu zaman o, rəqibinə uduzub və ikinci yerlə kifayətlənib. Eyni zamanda, birinci üçlüyə Pərviz İsmayılov (60 kq), Seymur Binnətəliyev (65 kq) Cavid Əsgərov (80 kq), daxil olublar.

Diqqətəlayiq haldır ki, Danimarkada azərbaycanlı karateçilər ənənəvi olaraq uğurla çıxış edirlər. Belə ki, 2003-cü ildə onlar məhz burada dünya çempionatının gümüş medalını qazanıblar.

Xəbər lenti

Xəbər lenti