...

Bahar Muradova: ""Freedom House" təşkilatının hesabatı söz azadlığından geniş istifadənin nəticəsi kimi qəbul edilməlidir"

Cəmiyyət Materials 4 May 2006 12:37 (UTC +04:00)

"Amerikanın "Freedom House" təşkilatı söz azadlığının verdiyi imkanlardan çox geniş istifadə edərək Azərbaycanı öz hesabatında aşağı yerlərdə yerləşdirib". Bu fikirləri Trend ə açıqlamasında Milli Məclisin spiker müavini Bahar Muradova bildirib.

Qeyd edək ki, 3 may Ümumdünya Söz və Mətbuat Azadlığı Günü ilə əlaqədar "Freedom House" təşkilatı dünyada söz azadlığının vəziyyətinə dair hesabatını açıqlayıb və Azərbaycanı hətta ona qonşu dövlətlərdən də aşağı sıralarda yerləşdirib. Bahar Muradova bildirib ki, bu rəy həqiqətə söykənən fakt deyil, söz azadlığından geniş istifadənin nəticəsi kimi qəbul edilməlidir.

"Azərbaycanda söz azadlığının durumu bütün beynəlxalq təşkilatlardan və onların ən müxtəlif məqsədlərlə burada fəaliyyət göstərən nümayəndəliklərindən daha çox bizim özümüzə bəllidir. Biz bilirik, Azərbaycanda söz azadlığı hansı vəziyyətdədir. Əlbəttə, istənilən sahədə nöqsanlar tapmaq olar və bu cür nöqsanlar həmin təşkilatların yaranıb fəaliyyət göstərdikləri ölkələrdə də var. Amma bu qədər qərəzli, subyektliv fikir söyləmək belə nüfuzlu təşkilatlara başucalığı gətirmir"-deyə vitse-spiker vurğulayıb.

Xəbər lenti

Xəbər lenti