...

Bakıda kitab bayramı təşkil olunacaq

Cəmiyyət Materials 8 May 2006 20:10 (UTC +04:00)

Mayın 25-də paytaxtda II Bakı kitab bayramı keçiriləcək. Trend agentliyinin məlumatına əsasən, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar İttifaqı və Milli Şura tərəfindən təşkil olunub.

Tədbir proqramına kitab və yeni nəşrlərin sərgisinin təşkili, maraqlı nəşr müəliflərinin mükafatlandırılması, yeni yazıçılar nəslinin təşviqi və sair daxildir.

Təşkilatçılar həmçinin, maraqlı nəşrləri seçərək, onları Moskva kitab sərgi-yarmarkasına və III MDB kitab sənəti müsabiqəsinə göndərməyi təklif edir.

Xəbər lenti

Xəbər lenti