...

Tbilisidə Heydər Əliyevə həsr olunmuş sərgi keçirilib

Cəmiyyət Materials 10 May 2006 17:33 (UTC +04:00)

Aprelin 10-da Azərbaycan səfirliyi Gürcüstan Milli Muzeyində keçmiş prezident Heydər Əliyevin xatirəsinə fotosərgi keçirib. Bu barədə Trend ə Azərbaycan səfirliyinin mətbuat xidmətindən bildirilib.

Sərgidə H.Əliyevin həyat yolu, peşəkar fəaliyyəti və şəxsi həyatını işıqlandıran 40-dan çox fotoəsər təqdim olunub. "Associated Press" agentliyinin Qafqaz regionu üzrə xüsusi müxbiri Şəhvələd Eyvazov tərəfindən çəkilmiş və H.Əliyevin Gürcüstan səfərinə həsr edilmiş şəkillər ayrıca ekspozisiyada yerləşdirilib.

Fotosərgini açan Azərbaycanın Gürücstandakı fövqaladə və səlahiyyətli səfiri Namiq Əliyev Heydər Əliyevin həyat yolu və onun həm SSRİ, həm də müstəqillik dövründə Azərbaycanın və Azərbaycan xalqının taleyində oynadığı rol haqqında danışıb. Qeyd olunub ki, H.Əliyevin səyləri sayəsində Gürcüstanla Azərbaycan arasındakı münasibətlər ölkələrimizin və ümumilikdə regionun möhkəmləndirilməsinə yönəldilmiş strateji tərəfdaşlıq əlaqələrinə çevrilib. Bu gün həmin siyasət hər iki ölkənin gənc liderləri tərəfindən davam etdirilir.

Tədbirə dəvət olunan diplomatik missiyaların əməkdaşları, Azərbaycan və Gürcüstan ziyyallıları, Gürcüstan parlament və hökumətinin nümayəndələrinə Azərbaycanı 30 ildən artıq idarə edən və ölkəsini tərəqiyyə aparan insanın taleyindən bəhs edən "Prezidentin həyat və taleyi və ya qeyri-rəsmi portreti" sənədli filmi nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti