...

Dövlət Komissiyası Rusiyanın ali məktəblərinə qəbul imtahanlarının nəticələrini açıqlayıb

Cəmiyyət Materials 13 May 2006 14:04 (UTC +04:00)

Azərbaycanın Tələbə qəbulu üzrə Dövlət Komissiyası Rusiyanın ali məktəblərinə mayın 12-də keçirilən qəbul imtahanlarının nəticələrini açıqlayıb. Dövlət Komissiyasından Trend ə verilən məlumata görə, nəticələr artıq TQDK-nın saytında yerləşdirilib.

Rusiyanın ali məktəblərinə sənəd verən 197 abituriyentdən yalnız 33-ü zəruri miqdarda (400 bal) bal toplaya bilib. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil almaq arzusunda olan 58 abituriyentdən yalnız 11 nəfəri zəruri 500 balı toplaya bilib. İmtahanların ikinci mərhələsində abituriyentlər müsahibədən keçməlidirlər.

Rusiya Federasiyasının ali məktəblərində təhsil pulsuz, digər xidmətlər, eləcə də yataqxanada yaşayış pulludur. Rusiya Federasiyasına təhsil almaq üçün gedən vətəndaşlar məcburi qaydada Tibbi sığorta polisi (ildə 150 ABŞ dollarına qədər) əldə etmək vacibdir. Rusiyanın ali məktəbləri qəbul sınaqlarını aparmaq hüququnu özlərində saxlayırlar.

Xatırladaq ki, MDBMİ azərbaycanlı abituriyentlərin pulsuz təhsil alması üçün 3 yer ayırıb.

Xəbər lenti

Xəbər lenti