Turində keçirilən Ümumdünya şahmat Olimpiadasının 10-cu turunda azərbaycanlı şahmatçılar norveçlilərlə görüşüb.
Trend in xəbər verdiyi kimi, S.Aqdesteynlə görüşdə ağ fiqurlarla oynayan Vüqar Haşımov 41-ci gedişdə rəqibini təslim olmağa məcbur edib.
Rauf Məmmədov da A.Kyetillə qarşılaşmada gözəl oyun nümayiş etdirib. Ağ ftqurlarla oynayan şahmatçımız oyunu 25-ci gedişdə qələbə ilə başa vurub.
Komandanın liderləri istedadlı gənc qrossmeyster Maqnus Karlsen və Teymur Rəcəbov oyununda şahmatçımız bir qədər üstünlüyə malik olsa da partiya heç-heçə başa çatıb.
Qədir Hüseynov və L.Yoxannessen arasında partiya da heç-heçə başa çatıb.
Beləliklə, Azərbaycan komandası güclü rəqib üzərində 3:1 hesabla parlaq qələbə qazanıb. Bu qələbədən sonra komandamızın aktivində 24.5 xal var və 9-16-cı yerləri bölüşdürür.