...

Parlament Jurnalistləri İctimai Birliyi dövlət qeydiyyatından keçib

Cəmiyyət Materials 2 İyun 2006 14:41 (UTC +04:00)

Parlament Jurnalistləri İctimai Birliyi dövlət qeydiyyatından keçib. Bu barədə Trend ə qurumun rəhbəri Elşad Eyvazlı bildirib.

E.Eyvazlı qeyd edib ki, qeydiyyat zamanı ad məsələsinə dəyişikilik edilib: "Ölkə jurnalistlərinin təşkilatımıza marağını görüb belə qərara gəldik ki, yalnız parlamentdə təmsil olunan mətbuat nümayəndələri deyil, siyasi tərəfi olmayan istənilən jurnalist qurumuza üzv ola bilər. Elə bu səbəbdən də Tərəfsiz jurnalistlər İctimai Birlyi kimi Ədliyyə Nazirliyinə müraciət etdik və qeydiyyatdan keçdik".

E.Eyvazlı onu da vurğulayıb ki, təşkilatda 5 departament- Parlament Jurnalistləri, Jurnalist Araşdırmaları, Media, Hüqüq və Cəmiyyət, Beynəlxalq Əlaqələr, Jurnalist Nəzarəti və Sorğular Departamenti yaradılıb. Artıq hər bir departamentin direktoru təyin olunub və onlar ölkənin aparıcı KİV-lərinin əməkdaşlarıdır.

Xəbər lenti

Xəbər lenti