Hazırda Azərbaycanda təhsilin müxtəlif prioritet istiqamətləri üzrə 15-dən artıq dövlət proqramı həyata keçirilir. Bu barədə Trend ə Azərbaycan təhsil nazirliyindən xəbər verilib.
Onların arasında 2006-2010-cu illər üçün nəzərdə tutulmuş "Məktəbəqədər təhsilin müasirləşdirilməsi üzrə dövlət proqramı" var. Bu proqram çərçivəsində Asiya İnkişaf Bankı ilə pilot layihə hazırlanıb. Bununla yanaşı, ölkənin uzaq rayonlarında kəskin pedaqoji kadr çatışmamazlığı ilə əlaqədar, nazirlik "2006-2009-cu illər üçün pedaqoji kadr təminatı üzrə dövlət proqramı"nın həyata keçirilməsinə başlayıb. Nazirlik həmçinin "Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili üzrə dövlət proqramı"nı, "Yeni məktəblərin tikintisi üzrə dövlət proqramı"nı, "Yeni dərsliklərin hazırlığı üzrə proqram"ı, "Məktəblərin kompüterləşdirilməsi üzrə dövlət proqramı"nı həyata keçirir, həmçinin Ümumdünya Bankı ilə kredit razılaşması çərçivəsində "2003-2007-ci illər üçün təhsil sektorunun inkişafı" pilot layihənin həyata keçirilməsi də davam edir.