...

Azərbaycanın gimnastika üzrə qrup komandası Genuyada çıxış edib

Cəmiyyət Materials 6 İyun 2006 19:03 (UTC +04:00)

Tərkibində Vəfa Hüseynova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay, Alina Trepina və Anastasiya Prasolovanın olduğu Azərbaycanın gimnastika üzrə qrup komandası Genuyada (İtaliya) keçirilən Dünya kubokunda çıxış edib.

Respublikanın Gimnastika federasiyasının mətbuat xidmətindən Trend ə verilən xəbərə görə, qrupumuz hər iki finalda iştirak edərək, İspaniya və Polşa kollektivlərini geridə qoyaraq, ilk onluqda yerini möhkəmlədib.

5 lentlə olan tapşırıqda komanda 13.15 bal yığaraq, 9-cu yeri, 3 çənbər/4 gürzlə olan tapşırıqda isə 10-cu yeri (13.475 xal) tutub.

Proqramın iki növündə ən yaxşı göstəricini Rusiya gimnastları göstərib.

Xəbər lenti

Xəbər lenti