Ali Məhkəmənin iyun ayının ikinci yarısında keçiriləcək Plenumunda bəzi məhkəmələrdə ədalət mühakiməsinin vəziyyətinə dair məlumatlar dinləniləcək. Bu barədə Trend ə Azərbaycan Respublikası Ali Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.
Plenumda Ali Məhkəmənin növbəti Plenumunda "Sosial müdafiə və sosial sığorta haqqında qanunvericiliyin məhkəmələr tərəfindən təcrübəsi haqqında", "Adam oğurluğu cinayətləri" üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi, aparılmış ümumiləşdirilmələrin nəticələrinin müzakirə olunması da nəzərdə tutulub.
Həmçinin bəzi məhkəmələrdə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatların dinlənilməsi planlaşdırılıb.
"Məhkəmə mədəniyyəti, məhkəmə qərarlarının və məhkəmə iclası protokollarının tərtibi" məsələlərinin, 1 saylı Yerli İqtisad məhkəməsində və Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair İqtisad Məhkəməsində işlərə baxılması məsələlərinin rəhbərlik yanında müzakirəsi də gözlənilir.
Qeyd edək ki, Ali Məhkəmə 6 aylıq iş planına vətəndaşların ərizə və şikayətlərinə baxılması vəziyyəti haqqında müvafiq şöbə müdirlərinin hesabatını dinləməklə yekun vuracaq.