...

Türkiyədə Ahıska Türkləri Federasiyasının növbəti qurultayı keçiriləcək

Cəmiyyət Materials 13 İyun 2006 12:23 (UTC +04:00)

İyunun 13-18-də Türkiyənin paytaxtında Ahıska Türkləri Federasiyasının növbəti qurultayı keçiriləcək. Bu barədə Trend ə Ahıska Türklərinin "Vətən" Cəmiyyətindən bildiriblər.

Qurultayda Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Rusiya, Gürcüstan və bir sıra beynəlxalq təşkilatlardan qonaqlar iştirak edəcək. Qurultaya Ahıska Türklərinin "Vətən" Cəmiyyətinin sədri İbrahim Burhanovun rəhbərliyi ilə 6 nümayəndə də dəvətlidir. Adıçəkildən cəmiyyətdən bildiriblər ki, qurultayın keçirilməsində əsas məqsəd Ahıska türklərinin repartriasiyasını mütəşəkkil və nizamlı surətdə təmin etməkdir.

Qurultay nümayəndələri Türkiyədə Ahıska türklərinin yaşadıqları yerlərlə də tanış olacaqlar. Bundan sonra isə nümayəndələr türkiyə rəsmiləri ilə də görüşəcəklər. Görüşlərdə Ahıska türklərinin problemləri müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti