AFFA yoldaşlıq oyunları üçün Asiya regionunda Azərbaycan yığmasına rəqib axtarır.
Assosiasiyanın baş katibi Fuad Aslanovun Trend ə verdiyi xəbərə görə, İrlandiya Şahin Diniyevin yetirmələri ilə sınaq oyunu keçirməkdən imtina etdikdən sonra təşkilat UEFA-ya daxil olmayan bir sıra Federasiyalara müraciət edib.
"Biz bu addımı atmağa məcburuq, çünki aparıcı Avropa yığmalarının əksər futbolçuları avqust ayında öz klublarında olacaqlar. Ona görə də bu vaxtda sparrinq - tərəf müqabili tapmaq çox çətin olacaq", - deyə F.Əsədov qeyd edib.
AFFA -nın baş katibi bildirib ki, bu istiqamətdə işlər davam edir və Assosiasiya səbirsizliklə potensial rəqiblərdən öz müraciətlərinə cavab gözləyir.