Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təşəbbüsü və tapşırığına görə, neft-qaz sənayesində yüksəkixtisaslı mütəxəssislərin hazırlanması məqsədilə qəbul imtahanlarını uğurla vermiş 5 abituriyent Avropanın təhsil müəssisələrinə göndəriləcək. Trend in verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə jurnailstlərə verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, bütün abituriyentlər I ixtisas qrupunun ixtisasları üzrə qəbul imtahanı vermiş abituriyentlərin arasından seçiləcək. Onlar aşağıdakı ixtisaslar üzrə bakalavr dərəcəsi alanadək Azərbaycanın Dövlət Neft Şirkətinin vəsaitləri hesabına Avropanın təhsil müəssisələrində təhsil alacaqlar: geologiya və mədən yataqlarının işlənməsi; faydalı qazıntı yataqlarının işlənməsi; neft-qaz və dağ-mədən istehsalının fiziki prosesləri; kimyəvi texnologiya. Bu məqsədlə 600-dən çox bal yığmış abituriyentlər arasında müsabiqə keçiriləcək, müsabiqədən keçmiş abituriyentlər IELTS xarici dil üzrə əlavə imtahanda tələblərə uyğun bal yığsalar, o zaman onlar xaricdəki təhsil müəssisələrinə qəbul olunacaqlar.
Gələcəkdə TQDK bu fəaliyyəti magistratura sistemində də davam etdirməyi, bu sahədə xüsusi dövlət proqramının hazırlanmasını planlaşdırır.